YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dövləti ən cətin zamanlarda vətəndaşlarının hər zaman yanında olduğunu bir daha sübüt etdi


Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Qadınlar Şurasının sədri 
Sevda  Abdullayeva

 

Yer kürəsi bütün insanların ümumi evidir. Bu evi qorumaq hər kəsin insani borcudur, mənəvi haqqıdır. 2020 - ci ilin əvvələrindən bütün dünyanı öz tüğyanı ilə sarsıdan Covid-19 pandemiyası insanların rahat həyatının ahəngini pozdu.Bu gün Azərbaycan xalqı da bu bəlanın çətinlikləri ilə üzləşib.Xoşbəxtliyimiz ondadır ki, bu çətin mübarizədə tək deyilik.Dövlət başçısı cənab Preziden İlham Əliyev, xanımı Mehriban Əliyeva bu bəladan tezliklə qurtarmaq üçün aparılan mübarizənin ön sıralarında xalqı ilə birlikdə addımlayırlar.İri dövlətlərin belə aciz qaldığı bu virusa qarşı görülən tədbirlər hamımızın gözü qarşısında cərəyan edir. İyulun 6- da Xətai rayonunda koronoviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalın açılışı da görülən işlərin bariz nümunəsidir. Xəstəxananın açılışında iştirak edən dövlət başçısı aldığı təəssüratın cox müsbət və qürurverici olduğunu qeyd etdi. Qısa müddət ərzində bu cür modul tipli xəstəxanaların yaradılmasında məqsəd Azərbaycan vətəndaşının sağlamlığı keşiyində dayanmağın cətin, lakin qürurverici bir məsuliyyət olduğunu dərk etmək deməkdir. Vaxtında qəbul edilmiş hər bir qərar üzləşə biləcəyimiz problemlərin çətinliyini aradan qaldırır. Cənab prezidentin attdığı hər bir müdrik addım Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də yüksək qiymətləndirilir. Qarşıda digər dünya xalqları kimi bizi də pandemiyanın ikinci dalğası gözləyir. Bu təhlükənin qarşısının alınması üçün daha cox xəstəxanaların tikilib istifadəyə verilməsi dövlət başçısının göstərişi ilə icra edilir. Onun özünün də qeyd etdiyi kimi “Biz hər bir təhlükəyə hazır olmalıyıq” başlanan hər bir iş görülən yarısı deməkdir. Xalqının dövlətinin qoruyucusu olan cənab prezidentin qayğısı göz qabağındadır. Hər birimiz öz kiçik əməllərimizlə bu böyük işlərə dəstək olmalıyıq.Verilən qanunlara əməl etmək, görülən tədbirlərə düzgün qiymət vermək vicdani borcumuzdur. Gəlin əl-ələ verək, dünyamızı qoruyaq. Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər. Qoy cənnət dünyamız öz gözəl axarı ilə yaşasın!