YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Seyidov: Bu təşəbbüsün dəstəklənməsi Azərbaycan xalqının və dövlətinin diplomatiya tarixinə qızıl hərflərlə yazılan növbəti səlnamədir

Vüqar Seyidov,

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

 Müasir dünyanın problemləri, elə müasir dünyanın inkişafı, tərəqqisi kimi böyük və həlli çətindir. Bir zamanlar insanlar bu gün bizə adi, sadə, hətta bəlkə də problem kimi belə görünməyən məsələlərin həlli üçün mübarizə apararkən, bu gün dünya əhalisinin qayğıları tamam fərqlidir. Deməliyəm ki, heç çox da uzaq keçmiş olmayan 20-ci əsrdə yaşayan dünya əhalisinin nə tərəqqisi nə də problemləri bu gün ki, kimi nəhəng və qlobal görsənmirdi.

 Bu gün dünya əhalisini öz fəsadları və qurbanları ilə düşündürən nə hansısa bir silahlı dünya müharibəsi, nə də insanların əziyyət çəkdiyi qıtlıqdır. Bu gün bütün dünyanı öz ölümcül pəncəsinə alan “koronavirus covid-19” pandemiyası sözün bütün mənalarında çox ciddi və təhlükəli düşmənə çevirilib.

 Dünyada yeni, intellektual idarə etmə üsullarınının aktuallaşmasına və yenidən gündəmə gəlməsinə səbəb olan “koronavirus covid-19” pandemiyası eyni zamanda dünya miqyasında əməkdaşlıqları da zərüri etməkdədir. Çünki dünya yenidən eyni amal uğrunda birləşmək üçün özünə çox ciddi bir səbəb tapmışdır.

Ölməmək üçün birləşmək! Sağ qalmaq üçün əməkdaşlıq etmək!

 20-ci əsrin əvvəlində yaşanan dünya tarixi ilə, indi ki tarixi müqayisə etdikdə görürük ki, fəlsəfənin əsas qanunlarından bir özünü təzahür etdirir. Yani düz bir əsr əvvəl insanlar milli dövlətlər, milli maraqlar, milli sərhədlər üçün dünya müharibələri edərkən, bu gün dünya əhalisi yeni bir   “ dünya müharibəsi “ nəticəsində dünyanı sərhədlərə bölmək əvəzinə ümumdünya sərhədlərini qorumağı, ayrılmaq əvəzinə birləşməyi, bütövləşməyi seçir, seçməlidir.

 Dünya dövlətləri özlərini təcrid etməklə, öz imkanlarını yalnız özləri üçün səfərbər etməklə, sərhədlərini mütləq mənada dünyaya bağlamaqla “koronavirus covid-19” pandemiyası ilə mübarizə apara bilməyəcəklərini anlamalıdır. Bu bəla nəticəsində artıq dünyada heç bir əlamətinə görə hansısa bir dövlət digərindən fərqlənmədiyi və hətta dünyanın güclü iqtisadi, hərbi gücünə malik dövlətlərinin belə aciz qaldığı bariz şəkildə görsəndi. Çarə yalnız birləşmək və birgə mübarizə aparmaqdadır.

 Müasir dünya çağırışlarından, onların səmərəli və dünya əhalisinə faydalı istifadəsindən danışırıqsa “Koronavirusla mübarizənin Azərbaycan modelindən” mütləq söhbət açılmalı və Azərbaycan Respublikasının təcrübəsindən istifadə olunmalıdır. Xüsusi qeyd etməliyəm ki, ərazi, əhali, iqtisadi göstəricilər və siyasi dövlətçilik tarixləri baxımından Azərbaycan Respublikasından çox fərqlənən dövlətlər koronavirusla ümumdünya mübarizəsinə dövlətimiz  qədər ciddi töhfələr verməmişdir. Məhz elə bu amil Azərbaycanı dünyanın ən fəal və təşəbbüskar subyektlərindən birinə çevirir.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev virusun yayıldığı ilk günlərdən ölkə daxilində proflaktik və təxirə salınmaz tədbirlərlə yanaşı dünya miqyasında böyük təqdirlə qarşılanan təşəbbüslərlə çıxış etmiş, təkliflər irəli sürmüşdür.  Çox böyük qürur hissi ilə deməliyəm ki, bu ağır və dünyanın özünü toplarmağa  çətinlik çəkdiyi bir vaxtda kainatımıza yol göstərən ali-siyasi iradənin məhz Azərbaycan Respublikasının Prezidentinə məxsus olması həm Ulu Öndər Heydər Əliyevin siyasi kursunun hər zaman aktuallığına həm də Azərbaycan xalqının doğru seçimi ilə dünyaya nümunə olmasına bir sübutudur.

  Ulu Öndər Heydər Əliyev yenidən Azərbaycan Respublikasında hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin dünya miqyasında tanıdılması və Qarabağa Ermənistan- Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması ilə bağlı atdığı addımlar Azərbaycanın dünya miqyasında tanıdılmasına xidmət etmişdir. Dünyanın siyasi xəritəsində Azərbaycan adlı böyük tarix yazmış bir xalqın məmləkəti olması gerçəyini dünya əhalisinə məhz Ulu Öndər tərəfindən çatdırılmışdı.

 Bu gün dünyanın öz müasir çağırışları var. Biz ya onlarla ayaqlaşmalı ya da, dünya siyasi xəritəsindən silinməliyik. Bu yəqin ki, yaradanın Azərbaycan xalqına bir lütfüdür ki, siyasi lider baxımından Azərbaycan xalqı heç vaxt sözün bütün mənalarında başsız qalmamışdır. Hətta bu gün dünya obrazlı desək başını itirdiyi bir zamanda Azərbaycanın dövlət başçısı dünyaya doğru yolu göstərmək qabiliyyətini nümayiş etdirir.

 Bildiyiniz kimi aprel-may aylarında ayrı-ayrı dövlətlərin başçılarının xahişləri ilə cənab İlham Əliyev mövcud vəziyyətlə əlaqədar çoxsaylı ikili videokonfrans formatında görüşlər keçirmiş, dünya dövlətlərini ortaq düşmənlə mübarizədə vahidlik, birlik nümayiş etdirməyə çağırmışdı.

 Daha sonra Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə Zirvə görüşü həm zirvə görüşündə iştirak edən dövlət və hökümət başçılarının sayı və həm də siyasi çəkisi baxımından xüsusi əhəmiyyətlidir. Hər iki Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təklif olunmuş və təklif yüksək qiymətləndirilərək qəbul edilmişdir.

 Bu qədər mötəbər keyfiyyət və kəmiyyətdə görüşlərin həyata keçirilməsi Azərbaycan dövlət başçısının böyük təşəbbüskarlıq və təşkilatçılıq qabiliyyətindən xəbər verən amildir.

Məsələyə diqqətlə yanaşıldıqda və nəzər yetirildikdə görərik ki, görüşlər videokonfrans formatında olsa da, bütün siyasi mərhələlər peşakarlıqla izlənilmiş və görüşlər diplomatik əhəmiyyətinə görə dünyanın siyasi elitaları tərəfindən yüksək qiymətləndirilmişdir.

  Xatırlatmaq istərdim ki, Qoşulmama hərəkatı Birləmiş Millətlər Təşkilatından sonra dünyanın ən böyük ikinci təşkilatıdır və 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının  Bakıda XVIII Zirvə Görüşü keçirilmiş, Bakı Bəyannaməsi və Bakı Yekun sənədi qəbul olunmuşdu. Eyni zamanda 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycanın üç il ərzində Qoşulmama Hərəkatına sədrliyi öz təsdiqini tapmışdır. Bu ölkəmizə və dövlət başçımıza böyük etimaddır.

  BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın, etibarın növbəti göstəricisi oldu.

 Azərbaycan bütün dünyaya nümayiş etdirdi ki, dünyanı bəlalardan xilas etmək üçün heç də, böyük və super gücə malik olan dövlətlərdən olmaq lazım deyil və yaxud elə məhz belə təşəbbüslərlə çıxış edən, qlobal məsələlərdə dünya əhalisinin ortaq maraqlarını müdafiə edən dövlətlər əslində böyük dövlətlər hesab olunmalıdır.

  Böyük diplomatik məharətə malik cənab Prezident dünya ölkələrinin ən sadə məsələrdə belə ortaq məxrəcə gələ bilmədiyi bir zamanda BMT-nin 193 ölkəsindən 130 dövlətinin yekdil səsi ilə təşəbbüs irəli sürməsi və qəbul olunması böyük diplomatik uğurdur. Bu uğur Azərbaycan xalqının və dövlətinin  diplomatiya tarixinə qızıl hərflərlə yazılan növbəti səlnamədir.

 Deməliyəm ki, bütün ciddi, tarixə əhəmiyyətə malik uğurlarımız kimi bu gün ki, uğurumuz da tarixin və taleyin çətin sınaqlarından başı dik, əyilmədən, qlobal-hümanist dəyərlərə söykənən qətiyyətli mövqeyimizin məntiqli nəticəsidir.

 Biz dəfələrlə istər diplomatik platformalarda, debatlarda, mötəbər kürsülərdə istərsə də, döyüş meydanlarında xalqımızın hüquqlarını müdafiə edərkən, beynəlxalq hüquq normalarına əsaslanmış və ədalətli mövqe tələb etmişik.

 Bu gün nə hərbi qüdrətimiz, nə iqtisadi göstəricilərimiz, nə demokratik dəyərlərə yanaşmamız, nə dini tolerantlığımız, nə də xalq-iqtidar münasibətlərimiz özünü xarici dövlətlərin for-postu kimi aparan Ermənistanla müqayisə oluna bilməz.

 Ermənistan dünya dövlətlərindən “koronavirus covid19” ilə mübarizə üçün vəsait dilənərkən Azərbaycan 30-dan çox ölkəyə dost əli uzatmış, Ümumdünya Səhiyyə Təşkilatına maddi yardım göstərmiş ölkədir. Bu gün Azərbaycan bütün sahələrdə beynəlxalq görüş və yarışların təşkilatçısı, təşəbbüskarı olduğu bir halda Ermənistan isə öz əhalisini ərzaqla təmin  etməkdə aciz çəkir.

BMT-nin ali kürsüsündə, Qoşulmama Hərəkatının sədri, təşəbbüsü irəli sürən dövlət başçısı kimi möhtərəm, cənab Prezidnet İlham Əliyevin ehtimal olunan çıxışı dünya dövlətlərini, dünya ictimaiyyətini Azərbaycanın haqq işi olan  Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin həllində ədalətli mövqe nümayiş etdirməsinə yardım edəcəyindən heç şübhəm yoxdur. Əlbəttə ki, bütün dünya haqlı, təşəbbüskar və güclü Azərbaycanla eyni platformada və eyni mövqedə dayanmağı, aciz, öz daxili sosial problemlərini həll edə bilməyən, siyasi manqurtluq nümayiş etdirən Ermənistandan üstün tutur.

 Nə xoş bizə ki, biz xalq olaraq bu tarixi anlara şahidlik edirik. Dünyanın bir çox ölkəsi xalqı üçün ali və əl çatmaz olan amillər, bizim üçün adi və asan əldə olunandır. Bütün bu uğurlarımız bizim dünya miqyasında böyük hörmətə malik, sözünə etimad olunan , sözü qəbul olunan və nəhayət təklifləri və təşəbbüsləri böyük əksəriyyət tərəfindən dəstəklənən bir dövlətə çevirir.

  Azərbaycan Respublikası və onun qətiyyətli Dövlət Başçısı öz qərarları ilə, dəmir iradəsi və xalq sevgisi ilə yüz  illərlə dövlətçilik ənənələri olan ölkələrə nümunə ola biləcək addımlar atdı. Bu gün  bir çox dünya dövlətləri Koronovirusla mübarizənin Azərbaycan modelini öyrənir və öz dövlətlərində tədbiq edir. 

 Bir zamanlar əgər desəydilər ki, Azərbaycan dünya dövlətləri tərəfindən qəbul olunacaq, onun sözü dünyanın vahid sözü olacaq, bütün dünya ən çətin anında mübarizənin Azərbaycan modelini öyrənəcək və ondan istifadə edəcək, yəqin buna yalnız idealist vətənpərvərlər inanardı. Bu gün isə bu həqiqətdir. Danılmaz və təqzib edilməz həqiqət.

 Biz xalq olaraq, cəmiyyət olaraq əldə etdiyimiz bütün tarixi uğurlarımız kimi bu uğurumuz üçün də Ulu Öndər Heydər Əliyev siyasi xəttinin ən layiqli  nümayəndəsi İlham Heydər oğlu Əliyevə minnətdarıq!

DİGƏR Xəbərlər Arxiv