YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Ermənilər heç zaman müstəqil siyasət apara bilməyiblər

“Moskvadakı paradda Ermənistan hərbçiləri sovet bayraqları ilə keçid etməsi Ermənistanın müstəqil olmadığını, yarımmüstəmləkə, forpost olduğunu bir daha açıb ortaya qoydu. Onsuz da hər kəs, elə özləri də yaxşı bilir ki, onların müstəqillikləri formal xarakter daşıyır, onlar məlum dövlətin bir əyaləti, vassalıdır. Cünki onların dövləti və dövlətçiliyi olmayıb. Onlar mövcud olduqları əraziyə başqa ölkələrdən köçürülüblər, yerli sakinlər deyil. İndiki Ermənistan adlanan ərazi Qərbi Azərbaycan torpaqlarıdır, İrəvanın, Zəngəzurun, Göycənin, Dərələyəzin hesabına yaradımış bir dövlətdir. İndi də arxalandıqları böyük dövlətinin və digər güclərin hesabına yaradılmış bir dövlətdir. Yəni, öz dövlətləri, öz torpaqları deyil, bu baxımdan, onların müstəqilliyi də qondarma və saxta xarakter daşıyır”. Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

 E.Səlimov bildirib ki, ermənilər heç zaman müstəqil siyasət apara bilməyiblər və bu gedişlə, bu xəstə təfəkkürlə bundan sonra da müstəqil dövlətçilik kursu yeridə bilməyəcəklər. Həmişə asılı, dilənən, ələbaxan olacaqlar. Bu, onların taleyi və tarixin haqlı ironiyasıdır. Özünüz də şahidsiniz ki, ötən əsrin 90-cı illərində, yəni, Levon Ter-Pertosyanın hakimiyyətinin son illərində və eləcə də, 1999-cu ildə istədilər, cəhd etdilər ki, oyun qaydalarını pozub, müstəqil addım atsınlar. Dərhal hərbi canı Robert Koçaryanın əli ilə çevriliş həyata keçirildi və müstəqllliyə meylli Pertosyan hakimiyyətdən devrildi. Eyni zamanda, yenə də cinayətkar Koçaryanın birbaşa göstərişi və icraçılığı ilə dünyanın gözü qarşısında Ermənistan parlamenti gülləbaran edildi, qanlı qətliam törədildi. Guya ki, ruhi xəstə olan bir şəxsin bu qətliamı törətdiyi bildirildi, ancaq bunun arxasında kimlərin və hansı güclərin durduğu bəlli idi.

“Yəni, bunlar istəsələr də, bu torpaqlarda qondarma Ermənistan dövlətini yaradanlar, onu himayə və vassalı, əyaləti kimi idarə edənlər heç zaman müstəqilliklərinə, müstəqil davranışlarına imkan verməyəcəklər. Çünki boğazlarındakı ip, kəndir başqalarının əlindədir. Onların yalnız bir xilas yolu var. Bu da illərdir düşmənçilik, nifrət siyasəti yeritdikləri qonşu Türkiyə və xüsusilə, ərazilərini himayədarlarının birbaşa dəstəyi ilə işğal etdikləri Azərbaycanla münasibətlərin normallaşdırılmasıdır. Əgər onların ağlı, gücü, dərrakəsi yetərsə-bu da çətin görünür-artıq düşmənçilik və təcavüzkarlıq siyasətindən yavaş-yavaş imtina edib hər iki ölkə ilə münasibətləri normallaşdırmaq xəttini tutarlar. Yalnız bu zaman onlar hər cür asılılıqdan və tənəzzüldən, uçurumdan qurtula bilərlər. Hər halda, bu, onların problemidir, bizi maraqlandırmır”-deyə, millət vəkili qeyd edib.