YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Sevda Abdullayeva: Azərbaycanın iqtisadi və hərbi cəhətdən güclü dövlətə çevrilməsi düşmənlərimizə böyük zərbə, dostlarımıza isə böyük sevinc bəxş edir

“Dünyanın özü qədər qədim olan Azərbaycan xalqı uzun illər rus çarizminin, sonralar is sovetlər birliyinin təzyiqi ve təsiri altında yasamaga məcbur olmuşdur. XX yüzillik ən telatumlu bir əsr olmuş, digər xalqlar kimi bizə də zərbələr dəymiş torpaqlarımız, varidatımız talan edilmişdir”. Bu fikirləri YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva deyib.

S.Abdullayeva bildirib ki, lakin bu əsr həm də bizə ilk Demokratik Cumhuriyyətin yaşanma sevincini bəxş etmisdir. Cəmi 23 ay yaşasa da, bügünklü mustəqil Azerbaycanın azadlıq ve istiqlal ideyalarinin beşiyi hesab olunur. Onun sözlərinə görə, bu gün biz Azərbaycan xalqının öz müqəddəratını özünün  təyin edə biləcəyini, dünyanin bir sıra böyük dövlətlərinin bu həqiqeti qəbul etmeye məcbur olduqlarının şahidiyik.

“Azərbaycanın iqtisadi və hərbi cəhətdən güclü dövlətə çevrilməsi düşmənlərimizə böyük zərbə, dostlarımıza  isə böyük sevinc bəxş edir. İyunun 26-sı Azerbaycanın Silahlı Qüvvələri Günüdür. Ulu Öndər Heydər Əliyev tərəfindən əsasi qoyulan daima inkisafda olan Azerbaycan ve ordusu dünyanın ən qüdretli orduları ilə müqayisə ediləcək səviyyədə güclü ve yenilməzdir. Sərhedlerimizi qoruyan, vətənin keşiyində ayıq-sayıq dayanan hər bir əsgər ve zabitimiz bizim üçün qiymətli ve əzizdir. Bu gün düşmən ölkə ilə müharibe şəraitində yasayiriq. A.Birs dediyi kimi "Müharibə siyasetcilerin dil ilə aça bilmədikləri düyünü diş ilə açmaq cəhdidir". Hər bir əsgər anasi kimi, biz də müharibə istəmirik. Lakin inanırıq ki, Ali Baş Komandan, cənab Prezident Ilham Əliyev lazım gələrsə, güclü ordumuzun köməyi ilə torpaqlarımızı geri alacaq, Qarabağ həsrətinə son qoyulacaq. Biz Prezidentimizin yanındayıq və ordumuzun bütün əsgər, zabit heyətini bayram münasibetile təbrik edirik. Büyük Atatürk demişkən, "Qələbə qələbə mənimdir" deyənindir”-deyə, S.Abdullayeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv