YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatı növbəti videokonfrans keçirib

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı koronavirus pandemiyası ilə əlaqədar olaraq tədbirlərinin əksəriyyətini videokonfranslar vasitəsi ilə həyata keçirir. Partiyanın rayon təşkilatı öncədən hazırlanmış qrafik əsasında bir neçə gündür ki, Nəsimi rayon üzrə fəaliyyət göstərən ərazi ilk partiya təşkilatlarının üzvlərinin iştirakı ilə videokonfranslar keçirir.

Videokonfransda müzakirə edilən əsas mövzular  YAP üzvlərinin koronovirusla mübarizədə rolu, məsuliyyəti və vəzifələri və koronovirus pandemiyası dövründə rayon təşkilatının fəaliyyəti ilə bağlıdır.

Növbəti videokonfrans isə YAP Nəsimi rayon təşkilatının Gənclər Birliyinin və iki ərazi ilk partiya təşkilatının üzvləri ilə keçirilib. Hər üç tədbiri YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı aparıb.

Təşkilatın Gənclər Birliyinin üzvləri arasında təşkil edilən görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədrinin beynəlxalq əlaqələr üzrə müavini Ramin Məmmədov respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu vurğulayaraq, ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini, gənclərin hərtərəfli inkişafına töhfə verdiyini, eyni zamanda, koronovirusa qarşı mübarizə çərçivəsində görülən işlərdə YAP gənclərinin xüsusi fəallığını qeyd edib.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu və Bakı Slavyan Universiteti üzrə ərazi ilk partiya təşkilatlarının üzvləri videokonfransda da önəmli fikir və təkliflər səsləndirilib.

Tədbirdə  YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı koronovirus pandemiyası dövründə, YAP Nəsimi rayon təşkilatının məsuliyyəti və vəzifələri ilə bağlı çıxış edib.