YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Görülən işlər Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının bariz nümunəsidir

“COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədinə xidmət edir”. Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, görülən işlər Azərbaycan dövlətinin öz vətəndaşına qayğısının daha bir bariz nümunəsidir: “COVID-19 pandemiyası şəraitində ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Bu təhlükə hələ də var və əgər insanlar səhlənkarlıq edərlərsə, infeksiya yenidən geniş şəkildə yayıla bilər. Ona görə də vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər. Bilirsiniz ki, son 10 gün ərzində virusa yoluxanların sayının artması yumşalma dövründə bəzi vətəndaşların məsuliyyətsizliyindən irəli gəlir. Onu da qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün qapalı yerlərdə tibbi maskadan istifadə edir. Hər kəs bundan nümunə götürməli, ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində və digər yerlərdə maskadan istifadə olunmalıdır. Dövlət başçısının qeyd etdiyi kimi, tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri insanları 95 faiz yoluxmadan qoruyur. Eləcə də gigiyenik qaydalara əməl edilməli, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlanmalıdır. Bu, özümüzün, yaxınlarımızın, bütövlükdə cəmiyyətimizin qorunması üçündür. Hər birimiz bu qaydalara əməl etməklə virusa tam qalib gəlməliyik”.

DİGƏR Xəbərlər Arxiv