YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatında “Xalqın xilas günü” adlı videokonfrans formatında tədbir keçirilib

İyunun 12-də Nərimanov rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının birgə təşəbbüsü ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın xilas günü” adlı videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə çıxış edən   YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev tədbir iştirakçılarını 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib. T.Tağıyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq 1993-cü ilin iyun ayında ölkədə böhranın ən acınacaqlı həddə çatdığını və belə bir anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan yalnız bir dahi şəxsiyyətin - Heydər Əliyevin xalqına və dövlətinə sahib çıxdığını xatırladıb.

Sonra çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısının müavini, YAP Nərimanov rayon təşkilatının sədr müavini İradə Mahmudova, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Nərminə Yunusova, rayon təşkilatının məsləhətçisi Vüsal Əliyev, Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov və YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Faiq Məmmədli qədirbilən xalqımızın ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyduğunu, təkidlə dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışını tələb etdiyini diqqətə çatdırıblar.

Çıxış edən natiqlər bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu Öndər Heydər Əliyevin belə bir ağır məsuliyyəti üzərinə götürərək müdrik xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını o vaxtkı hakimiyyətin yarıtmaz siyasəti nəticəsində düçar olduğu ağır bəlalardan xilas etdiyini vurğulayıblar.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycanda yeni dəyərlər sisteminin və yeni ideyaların meydana çıxmasına stimul yaratmış olduğunu deyən natiqlər Ulu Öndərin gərgin səyi sayəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün yüksək tələblərə cavab verən normativ-hüquqi bazanın yaradıldığını nəzərə çatdırıblar.
Qeyd olunub ki, hazırda Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz böyük nailiyyətlər qazanır.