YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

DİM-in sədr müavini: 5 nəfərin üzərində telefon aşkarlandığı üçün imtahandan xaric edilib

“Son iki gündə Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarını uğurla keçirdi”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov “Yeni TV”-nin canlı yayımında deyib.
Onun sözlərinə görə, iyunun 10 və 11-də keçirilən imtahanlarda çox az sayda qanun pozuntusu olub. 5 nəfərin üzərində telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Bir nəfər isə sual kitabçasının şəklini çəkərək sosial şəbəkədə paylaşdığı üçün onun da nəticələri ləğv edilib.
B.Xəlilov imtahanların pandemiyadan irəli gələn tələblərə uyğun keçirildiyini söyləyib: “Pandemiya ilə əlaqədar imtahan keçirilən binaların sayı artırılıb. İmtahan keçirilən binaların qarşısında nişanlar qoyulmuşdu ki, onlar sosial məsafəni gözləsinlər. İmtahanda iştirak edən abituriyentlər koronavirusla bağlı bəyannamə də təqdim ediblər”.

 

DİGƏR Xəbərlər Arxiv