YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatında 15 İyun-Milli Qurtuluş Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Ə.Əmirov adına NQÇİ ərazi üzrə ilk təşkilatında növbəti yığıncaq keçirilib.

YAP Qaradağ rayon təkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Hüseynov tədbirdə çıxış edərək qeyd edib ki, ölkəmizdə 27 il bundan əvvəl müstəqilliyimiz üçün son dərəcə təhlükəli bir vəziyyət yaranmışdı. Onun sözlərinə görə, həmin vaxtlar hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün sərişdəsiz rəhbərliyi sayəsində ölkəmiz parçalanaraq müstəqilliyini itirmək ərəfəsində idi: “İnfilyasiya görünməmiş həddə çatmışdı. Torpaqlarımız düşmən tapdağına çevrilir, vətəndaşlarımız doğma yurdlarından didərgin düşürdü. Müstəqilliyimiz isə itirilmək təhlükəsi ilə üzləşmişdi. Belə bir çətin və mürəkkəb məqamda xalqımızın yeganə ümidi Ulu Öndər Heydər Əliyev oldu. Məhz xalqımızın yekdil çağırışı ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz uzaqgörən siyasəti və müdrik rəhərliyi sayəsində Azərbaycanı parçalanma təhlükəsindən xias edərək bütün sahələr üzrə inkişafın təməlini qoydu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" isə ölkəmizin iqtisadi inkişafına böyük təkan oldu. Qısa vaxt ərzində respublikamızda siyasi sabitlik yarandı və vətəndaşlarımızın rifah halı durmadan yaxşılaşmağa başladı”.

A.Hüseynov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə təməli qoyduğu inkişaf strategiyası Onun ən layiqli siyasi varisi, partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində uğurla həyata keçirilir. Məhz bu səbəbdən də dünya birliyində nüfuzu durmadan yüksələn ölkəmiz inkişafı ilə beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Partiyamızın Sədr müavini, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti isə bu inkişafa yüksək töhfələrini verir.

Rayon təşkilatının sədri  15 İyun – Milli Qurtuluş Gününün müstəqillik tariximizdə son dərəcə tarixi əhəmiyyət kəsb etməsinə toxunaraq qeyd edib ki, həmin gün Ulu Öndər Heydər Əliyevin rəhbərliyi nəticəsində fəlakətlərdən qurtulan respublikamız inkişaf strategiyasına görə əksər ölkələr üçün nümunəyə çevrilməkdədir. Bunu dəyərləndirən xalqımız isə partiyamıza artan rəğbətini onun ətrafında sıx birləşməklə nümayiş etdirir.

Tədbirdə həmçinin ilk təşkilatın sədri, idarənin baş metroloqu İlqar Yusifov, Ə.Əmirov adına NQÇİ-nin  rəisi Fəxri Haqverdiyev və digərləri çıxış edərək mövzu haqqında fikirlərini bildiriblər.

Sonda rayon təşkilatının sədri Aydın Hüseynov ilk təşkilat qarşısında duran məsələlər barədə danışaraq öz tövsiyələrini verib.