YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Bu gün Azərbaycan idmanın inkişafı baxımından dünya miqyasında ön sıralardadır

“Ölkəmizdə idmanın inkişafı üçün uzun illər məqsədyönlü şəkildə kompleks tədbirlər görülür.  Bu sahədə əldə olanan uğurların təməli Ulu Öndərimiz Heydər Əliyevin dövründən qoyulub”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

 M.Cəfərov bildirib ki, son illərdə təkcə paytaxtda   deyil, bölgələrdə  idman kompleksləri tikilib fəaliyyətə başladı.  Bu  idman qurğularımızın həm funksionallığı yüksəkdir, həm də  bu kompleksləri memarlıq nümünəsi  kimi də qiymətləndirmək olar. İdman qurğuları ölkəmizin memarlıq tarixini zənginləşdirir və gözəlliyini artırır.  Deputat qeyd edib ki,Tərtər rayonunda aparılan sosial iqtisadi tədbirlər diqqət mərkəzindədir: “Rayonda Olimpiya İdman kompleksinin tikilməsi bu tədbirlərin əyani sübutudur. Nəzərə alsaq ki,Tərtər cəbhə bölgəsində yerləşir və burda yaşayan gənclərin idman sahəsində uğur əldə etməsi üçün artıq mövcüd şərait daha da yaxşılaşdırılmışdır. Bu isə dövlət qayğısının nəticəsidir. Müasir idman bazaları, idman infrastrukturu, bu sahədə aparılan düzgün siyasət, idmançılara qayğı bütün bu amillərin nəticəsidir ki, bu gün Azərbaycan idmanın inkişafı baxımından dünya miqyasında ön sıralardadır. İdmanla bağlı olan fəaliyyətimə əsasən deyə bilərəm ki, ölkəmizdə idman siyasəti düşünülmüş şəkildə aparılır. Yeni nəsil yetişir, yeni idman sahələri inkişaf edir hansı ki, bu sahələr hələ də bəzi ölkələr üçün yaddır. Lakin ölkəmizdə xeyli uğur əldə edilib”.

Millət vəkili söyləyib ki, yaşı  və ya səhhəti ilə əlaqədar idmandan uzaqlaşan idmançılar daim dövlət qayğısı görür, onların probleməri həll olunur: “İdman karyerasını başa vuran idmançıların   əksəriyyəti idmandan ayrılmır. Onlar öz fəaliyyətini məşqçi, mütəxəssis kimi davam etdirirlər. Prezident İlham Əliyev hər zaman qeyd edib ki, “Azərbaycan idman ölkəsidir və  idman hər bir ölkənin gücünü göstərir.  Bir sözlə, bu siyasət və əldə edilmiş nailiyyətlər imkan verir ki, Azərbaycan bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq etsin”.

DİGƏR Xəbərlər Arxiv