YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Azərbaycan hökuməti daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir

“Uşaqlar Azərbaycanda əhalinin təxminən 30 faizini təşkil edir. Azərbaycanda uşaq problemləri daim diqqət mərkəzindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Cənab Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib”. Bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan etməsi bu sahəyə diqqətdən xəbər verir. Bütün bunlar həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahının təminatı üçün böyük tədbirlər görür. Bu, həm də Heydər Əliyev Fondunun fəaliyyətinin əsas prioritetlərindən biridir. Fondun prezidenti, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.

“Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talasemiyasız həyat naminə”, “Kor və zəif görən uşaqların İKT-yə çıxışının təmin edilməsi” kimi layihələrinin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahi əməliyyatları, peyvəndəşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü. Xüsusilə də, "Uşaqlar Azərbaycanın sabahıdır, gəlin onların problemlərinə biganə qalmayaq" devizini irəli sürən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların hərtərəfli inkişafı, keyfiyyətli təhsil, yüksək standartlara cavab verən tibbi xidmətlərlə təmin olunması istiqamətində önəmli layihələr həyata keçirir.

Ümumiyyətlə, hökumət daim uşaq və gənclər üçün yaradılan imkanları genişləndirir. Bu imkanların reallaşması üçün müasir tipli məktəblər, tibb ocaqları, idman kompleksləri tikilir, təmir edilir. Və əlbəttə ki, balalarımız da bu şəraitdən maksimum istifadə etməklə bilik və bacarıqlarını artırmalıdırlar. Çünki ancaq, müasir dövrün tələb etdiyi peşələri düzgün seçməklə, elm, texnologiya, idman, incəsənət və digər sahələrdə uğurlar qazanmaqla, Azərbaycanımızın gələcəkdə daha da güclü olmasını təmin etmək mümkündür”-deyə, komitə sədri vurğulayıb.