YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlkin nəticələrə görə, bələdiyyə seçkilərində ölkə üzrə seçici fəallığı 38,93 faiz təşkil edib

Azərbaycanda keçirilən bələdiyyə seçkiləri saat 19.00-da başa çatıb və bütün məntəqələr bağlanıb. Seçki dairələrindən Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan məlumatlara əsasən, 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14 nəfəri səsvermədə iştirak edib.
Bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib. O bildirib ki, ilkin nəticələrə görə, builki bələdiyyə seçkilərində seçici fəallığı 38,93 faiz təşkil edib.
R.Gülməmmədov vurğulayıb ki, MSK-nın “Qaynar xətt”inə, “facebook” səhifəsinə və elektron ünvanına 138-dən çox müraciət daxil olub. Müraciətlər səsvermə prosesi barədə əlavə informasiya almaq məqsədi daşıyıb. Bütün müraciətlər əməkdaşlar tərəfindən operativ şəkildə cavablandırılıb. Şikayət xarakterli heç bir müraciət qeydə alınmayıb.
Qeyd edək ki, seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edib. 13 min 907 nəfər 8 siyasi partiya tərəfindən, 23 min 61 nəfər fərdi qaydada, 109 nəfər isə təşəbbüs qrupu tərəfindən namizəd irəli sürülüb. Seçkiyə qatılanlardan 18 min 284 namizəd bitərəfdir. Namizədlər arasında 30 siyasi partiyanın təmsilçiləri var. Ümumilikdə, 4 milyon 819 min 382 seçici 5 min 15 məntəqədə səs verib. Ölkədə 118 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb ki, bu da məntəqələrin 20 faizini təşkil edir. Builki bələdiyyə seçkisini 50 mindən çox müşahidəçi izləyib. Onlardan da 26 mindən çoxu siyasi partiya təmsilçisidir.