YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Bələdiyyə seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirirlər

«Bələdiyyə seçkilərində gənclər yüksək fəallıq nümayiş etdirirlər». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, seçkilərdə bələdiyyə üzvlüyünə namizəd olan gənclərin sayı əvvəlki seçkilərlə müqayisədə daha çoxdur. Onun sözlərinə görə, bu fakt gənclərin cəmiyyət həyatında rolunun artmasının göstəricisidir.

«Gənclər eyni zamanda, seçki prosesində məntəqə seçki komissiyasının üzvləri, müşahidəçi kimi də fəal iştirak edirlər. Bu gün müşahidələrim əsasında deyə bilərəm ki, səsvermədə fəal iştirak etmək baxımından da gənclərin üstünlüyü var. Bütün bunlar isə Azərbaycan gəncliyinin ölkə həyatında aktiv iştirakının göstəricisidir»- deyə, YAP Gənclər Birliyinin sədri vurğulayıb.