YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin məmurlardan əsas tələbi vətəndaş məmnunluğunun artırılmasıdır

«Prezident kimi fəaliyyətə başladığı ilk  gündən iqtisadiyyatın neft-qaz sektorundan asılılığının minimuma endirilməsini qarşıya mühüm vəzifə kimi qoyan möhtərəm  Prezidentimiz İlham Əliyevin son 16 ildən artıq dövrdə bu istiqamətdə atdığı addımlar davamlılığı ilə diqqət çəkir.  Regionların malik olduqları  potensialdan səmərəli istifadə etmək üçün ölkə Prezidenti tərəfindən təsdiqlənən Dövlət proqramlarının uğurlu icrası növbəti proqramların qəbulunu zərurətə çevirir. Həyata keçirilən bütün bu ardıcıl tədbirlər nəticəsində   Azərbaycan hazırda dünya miqyasında  iqtisadi və sosial baxımdan  ən sürətlə inkişaf edən ölkə kimi tanınır və nüfuz qazanır.  2004-cü ildən  bu günə qədər ümumi daxili məhsulun  3 dəfədən çox artması möhtərəm Prezidentimizin  rəhbərliyi ilə həyata keçirilən  təkmil iqtisadi və sosial islahatların nəticəsidir. Məhz aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına  yatırılan investisiyaların həcmi 270 milyard dollara yaxındır. Valyuta ehtiyatlarımız isə 52 milyard dollara çatıb. Bu illər ərzində iki milyondan artıq yeni iş yeri yaradılıb.

 Cari ilin birinci rübünün  sosial-iqtisadi göstəriciləri də qənaətbəxşdir. Baxmayaraq ki, dünyanı bürüyən pandemiyanın mənfi təsirləri   Azərbaycan iqtisadiyyatından da yan keçməyib, dövlət başçısının siyasi iradəsi və qətiyyəti ilə görülən qabaqlayıcı tədbirlər sayəsində qətiyyətlə demək olar ki, COVID-19-un Azərbaycan iqtisadiyyatına və sosial həyatına təsiri minumum həddədir.»    Bu fikirləri  Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

   V.Rəhimzadə  qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev  Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinin, Elçin Rzayevi isə İmişli  Rayon İcra  Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən   bölgələrdə görülən tədbirlərdən, həyata keçirilən infrastruktur layihələrindən, abadlıq-quruculuq  işlərindən geniş bəhs edərək bu fikri xüsusi vurğulamışdır ki,  bölgələrdə görülən işlərin  mənbəyində xalqın iradəsi dayanır. Artıq  regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü  Dövlət Proqramı icra olunur. Bütün proqramların tərtib edilməsində  yerlərdən gələn təkliflər əsas yer tutur. Məhz cənab Prezident bütün bunları əsas götürərək yerli icra hakimiyyəti orqanları qarşısında belə bir təxirəsalınmaz vəzifə qoymuşdur: «... bölgələrdə elə işlər görülməlidir ki, o işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir. Ona görə vəziyyəti təhlil edərkən siz, ilk növbədə, vətəndaşları narahat edən məsələləri aşkarlamalısınız.»  

 «Dövlətimizin başçısı  İlham Əliyev daim  dövlət məmurlarını xalqla bir olmağa, insanların qayğıları ilə maraqlanmağa və həlli istiqamətində ciddi addımlar atmağa,  inkişafa, quruculuğa böyük töhfələr verməyə, səyləri birləşdirib konkret addımlar atmağa   çağırışlar edir» söyləyən V.Rəhimzadə bildirib ki, ölkə Prezidenti bu  məqamı da xüsusi vurğulayır ki, hər bir icra başçısını  vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

      Baş redaktor  vurğulayıb ki,   bu prinsiplərin qorunması, vəhdətliyinin təmin edilməsi, həmçinin hər bir dövlət məmurunun, struktur rəhbərinin üzərinə düşən vəzifəni və verilən tapşırıqları lazımi səviyyədə yerinə yetirməsi   fonunda yüksək nəticələrə nail olmaq mümkündür. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan qəbulda da bu məsələyə xüsusi diqqət yönəltmişdir: «Əgər icra hakimiyyəti başçısı öz vəzifə borcunu yerinə yetirmirsə, əksinə, insanları incidir, insanların əmlakına göz dikir, kimsəsiz insanlara çatacaq yardımı, ictimai işlərə cəlb edilmiş insanların ödəniş kartlarını oğurlayır, talançılıqla, rüşvətxorluqla, korrupsiya ilə məşğul olursa, onda insanlar hansı fikirdə ola bilərlər? Siz işdə də, məişətdə də nümunə göstərməlisiniz və elə işləməlisiniz ki, insanlar sizdən razı olsunlar. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam. Ona görə vəziyyəti dərindən təhlil edin, həllini gözləyən məsələləri həll etmək üçün səylər göstərin və gücünüz çatmayan işlərin həll edilməsi üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, müvafiq dövlət orqanlarına müraciət edin.»

      Vüqar Rəhimzadə bildirib ki,  neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar öz müsbət nəticəsini verir.  Azərbaycanda  çox böyük sahibkarlar sinfi formalaşıb. Cənab İlham Əliyev qeyd olunan qəbulda  bu məsələyə  diqqət yönəltdi,   qarşıya qoyulan tapşırıqlar sırasında  yerli sahibkarlarda  sərmayələrin yatırılması ilə bağlı inam hissinin formalaşdırılmasının əsas yer tutduğunu önə çəkərək  onlara yeni iş yerlərinin yaradılmasına və rayonların inkişafına töhfələr  verməyə  çağırışlar olunmasının vacibliyini bildirdi: «Bir sözlə,  sizin fəaliyyətiniz rəhbərlik edəcəyiniz rayonların sosial-iqtisadi inkişafında  özünü göstərməlidir.»

      «Cənab İlham Əliyev bölgələrdə gedən işləri daim  nəzarətdə  saxladığnı,  çoxsaylı səfərlərində məqsədin  görülmüş işlərin icrası ilə yaxından tanış olmaq,  insanları narahat edən problemləri onların özündən  eşitmək və bunları həll etmək olduğunu xüsusi vurğuladı» söyləyən V.Rəhimzadə bildirib ki, məhz bu diqqət və qayğının sayəsində Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünu yaşayır. Regionlar  arasında sağlam rəqabət hər kəsdə ruh yüksəkliyi yaradır. Bu gün  ən ucqar kəndlərdə belə  müasir  infrastruktur yaradılıb. Cənab İlham Əliyevin «İnsanlar görülən işlərdən razı olmalıdırlar» çağırışı bir daha  bu reallığı təsdiqləyir ki, Azərbaycanda  vətəndaş amili dövlət siyasətinin əsasını təşkil edir, eyni zamanda, ölkə Prezidenti hər bir vətəndaşının yanındadır. 

     Baş redaktor Azərbaycanın yeniləşdiyini, müasirləşdiyini xüsusi önə çəkərək, yeni kadrların bu uğurların davamlılığına öz töhfələrini verəcəklərinə əminliyini böyük inam hissi ilə qeyd edir: «Hər bir məmur ona həvalə olunan vəzifəni layiqincə və şərəflə icra etməli, etimadı doğrultmalıdır. Ölkəmizdə  həyata keçirilən inkişaf siyasətinin mərkəzində  şəffaflığın təmin olunması, vətəndaşlara layiqli xidmətin göstərilməsi  dayanır. Ölkə Prezidenti cənab İlham Əliyevin idarəçiliyində vətəndaş məmnunluğunun artırılması, onları narazı salan halların aradan qaldırılması, insanların dövlət strukturlarına müraciətlərinə  ədalətli münasibətin ortaya qoyulması əsas yer tutur. Ona görə də ölkəmizdə korrupsiyaya qarşı mübarizə dövlətimizin başçısı İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən inkişaf  strategiyasının əsasıdır. Möhtərəm Prezidentimiz qeyd olunan qəbulda bir daha bu məqamı diqqətə çatdırmışdır ki,  ədalət əsas prinsip olmalıdır. İnsanların inamı, əhval-ruhiyyəsi bir çox hallarda yerli rəhbərlərin işindən asılıdır.»