YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında videokonfransı keçirilmişdir

YAP Xəzər rayon təşkilatının İdarə Heyətinin videokonfransı keçirilmişdir.

 İdarə Heyəti Iclasın gündəliyinə əsasən  YAP Xəzər rayon təşkilatının 2020-ci ilin I rüb yekunlarını müzakirə etmiş və YAP Xəzər rayon təşkilatının Covid-19 pandemiyası ilə mübarizə məqsədilə gördüyü işlər İdarə heyəti təfəindən yüksək qiymətləndirilmişdir. Belə ki, YAP Xəzər rayon təşkilatı pandemiya dövründə YAP İcra Katibliyinin tapşırığına əsasən olduqca əhəmiyyətli aksiyalarda fəal iştirak etmişdir. Bu aksiyalarda ehtiyacı olan, qoca, tənha, yaşlılara tibbi ləvazimatlar, maddi yardım, ərzaq yardımları göstərilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xarici mənfi proseslərin milli iqtisadiyyatımıza təsirlərini azaltmaq, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan sahibkarlara və muzdlu işçilərə dəstək vermək, iş yerlərini qorumaq, əhalinin sosial müdafiəsini təmin etmək, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə operativ addımlar atılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.