YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Ölkəmizdə həyata keçirilən islahatlar öz bəhrəsini verməkdədir

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Strukturda olan dəyişikliklər idarəetmə sistemində islahatlar aparılmasa mümkün deyil. Uğurlu islahatın təməlində uğurlu idarəetmə, uğurlu idarəetmənin təməlində isə peşəkar və dürüst kadr amili dayanır”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, cənab Prezidentin dövlət və hökumətin daxilində apardığı yenidənqurma və islahatlar artıq öz bəhrəsini verir. Onun sözlərinə görə, iki il öncə başlamış hüquqi, institusional və kadr islahatları geniş vüsət alaraq bu gün intensiv formada davam edir. Millət vəkili deyib ki, son dövrlərdə aparılan ciddi kadr və struktur dəyişiklikləri də bunu göstərir. Dövlətçilik və xalqın rifahı naminə qarşıya qoyulan məqsədlərə, islahatlar və strateji planlara əməl etməyənlər kənarlaşdırılmalıdır, necə ki, artıq kənarlaşdırılır, islahatların gətirdiyi qaydalara riayət etməyənlər öz cəzalarını alır.

“2018-ci ilin prezident seçkilərindən sonra dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda aparılan struktur və kadr islahatları start götürüb. Bu il martın 10-da keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Prezident İlham Əliyev öz çıxışında bu islahatların artıq ölkənin qanunvericilik orqanında başlanmasını elan edərək dedi: “Ona görə islahatların dərinləşməsi, əlbəttə ki, parlamentdən yan keçə bilməzdi. Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur...”. Prezident qanunvericilik sahəsi üzrə, qanunların təkmilləşdirilməsi, qanun və sərəncamların icrasında nəzarət funksiyasına əməl edilməsi istiqamətində yeni tapşırıqlar verib. İslahat dövründə yeni vəzifə və yeni hədəflər qoyulur. Prezident yeni yanaşmalar və səriştələr gözləyir” - deyə, M.Həsənov vurğulayıb.