YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alinan əcnəbilərin sayı 29,3 faiz artıb

2014-cü il dekabr ayının 1-nə olan statistikaya əsasən,  ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 29,3 faiz artıb. 2014-cü il dekabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 5012 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 22 112 nəfərə yüksəlib.

Dövlət social sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,2faizini ( 19 724 nəfər) kişilər, 10,8 faizini (2 388  nəfər) isə qadınlar təşkil edir. 

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (11 815 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2 492 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə  1 269 nəfərə çatıb.