YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Abbasov: İKT, nanotexnologiyalar, kosmik və digər elmi tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur

«Azərbaycan alimləri ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə ediblər». Bu fikri rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov deyib.

Ə. Abbasov bildirib ki, qlobal rəqabət şəraitində respublikanın insan potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, yaradıcı, intellektual insanların istedadından maksimum istifadə edilməsi innovasiyalı inkişafın təmin olunması baxımından son dərəcə zəruridir. Onun sözlərinə görə, İKT, nanotexnologiyalar, kosmik, mikroelektronika, nüvə, biotexnologiyalar və digər elmi tutumlu sahələr üzrə kadr hazırlığı prioritet istiqamətlər hesab olunur.
«Elmin inkişafı, onun səmərəliliyinin artırılması bir çox faktorlardan asılıdır. Bunun üçün maddi-texniki və informasiya bazası gücləndirilməli, gənc alim və mütəxəssislərə dəstək verilməli, onların xaricidə tanınmış elmi məktəblərdə təcrübə keçməsi, birgə tədqiqatların aparılması və intellektual mülkiyyətin qorunması da əsas şərtlərdəndir»- deyə, nazir müavini vurğulayıb.