YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Azərbaycan elmi bu günə qədər çox böyük nailiyyətlər əldə edib

«Hazırda ölkəmizdə elmin inkişafına çox böyük diqqət göstərilir. Azərbaycan insanının intellektual səviyyəsini qaldırmaq, Azərbaycan elmini dünyada öncül yerlərə çıxarmaq üçün bu inkişaf çox vacibdir». Bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, Azərbaycan elmi bu günə qədər çox böyük nailiyyətlər əldə edib. Onun sözlərinə görə, görülən işlərdə dövlət bizim alimlərimizi dəstəkləyir, fəaliyyətini yüksək qiymətləndirir və alimlər üçün bütün şərait yaradılır.

«Biz alimlərin də vəzifəsi Azərbaycan elmini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və elmimizi yeni-yeni zirvələrə qaldırmaq üçün işimizi daha yüksək səviyyədə aparmaqdır. Qeyd edim ki, bugünlərdə ölkəmizdə Azərbaycan alimlərinin I qurultayının keçirilməsi dövlətimiz tərəfindən elmin inkişafına göstərilən diqqət və qayğısının bariz nümunəsidir. Qurultay elmimizin dünyada tanıdılması, azərbaycanlı alimlərın qarşısında dayanan vəziyələrin müzakirə edilməsi, eləcə də, gənclərin elmə cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir»- deyə, institut direktoru vurğulayıb.