YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Parlamentin iclasında Ali Məhkəmənin hakimlərinin təyin edilməsi haqqında məsələyə baxılıb

Milli Məclisin mayın 5-də keçirilən plenar iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.

“Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” layihəyə əsasən, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Kəmalə Abiyevanın, Zaur Əliyevin, Vüqar Həsənovun, Abidin Hüseynovun, İsmayıl Xəlilovun, Elşad Şamayevin, Şirvan Apelyasiya Məhkəməsi sədrinin müavini Ələsgər Novruzovun, Gəncə Apelyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin, Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Aqil Abbasovun, Çingiz Əsgərovun, Bəhman Qəribovun və Bəhram Məmmədlinin Ali Məhkəmənin hakimləri təyin olunması təklif edilib.

Müzakirələrdən sonra məsələ səsə çıxarılaraq qəbul edilib.