YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Misirli politoloq: Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Zirvə görüşü koronavirus pandemiyasına qarşı mübarizədə həmrəylik baxımından çox əhəmiyyətlidir

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusundakı Zirvə görüşü bu bəlaya qarşı dövlətlərin həmrəyliyi və əməkdaşlığı baxımından çox əhəmiyyətlidir.

Bu fikri müsahibəsində Misirin tanınmış politoloqu, Misir Xarici Əlaqələr Şurasının üzvü, Qahirə Universitetinin Rusiya Araşdırmalar Mərkəzinin direktoru, professor Nurhan əl-Şeyx səsləndirib. O deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının üzvü olan dövlətlərə COVID-19 virusuna qarşı mübarizəyə dair müraciəti olduqca mühümdür. Dünyanı çalxalayan bu bəlanın və onun fəsadlarının aradan qaldırılması Hərəkata üzv dövlətlərin və bütün bəşəriyyətin qarşısında duran ən vacib problemdir. Pandemiyanın yaratdığı sosial-iqtisadi çətinliklər bütün ölkələr, ələlxüsus maliyyə resursları az olan dövlətlər üçün ciddi təlatümlərə səbəb olub. Qoşulmama Hərəkatına üzv dövlətlərin bir çoxu da məhz məhdud ehtiyatlara malikdir və qarşıdakı dövrdə onları çətin sınaqlar gözləyir. Bu baxımdan Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçirilən Zirvə görüşü bütün dövlətlərin səyləri birləşdirməsinə daha bir çağırışdır.

Xanım əl-Şeyx xatırladıb ki, 1961-ci ilin sentyabrında təsis edilən Qoşulmama Hərəkatının əsasını qoyanlardan biri də o vaxt Misirə rəhbərlik edən Camal Əbdül Nasir olub. O bildirib ki, Hərəkatın bütün tədbirlərinə fəal qatılan rəsmi Qahirə hazırda bu qrupa sədrlik edən Azərbaycanın təşəbbüsünü yüksək qiymətləndirir. Bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi bu gün keçirilən Zirvə görüşündəki çıxışında da vurğulayıb.