Xəbərlər
Vüsal Kərimli: Paytaxtdakı ekspress avtobuslar karantin rejimindən sonra da fəaliyyət göstərə bilər

Paytaxtdakı ekspress avtobuslar karantin rejimindən sonra da fəaliyyət göstərə bilər.
Bu sözləri mayın 4-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, bununla bağlı araşdırma aparılacaq. Avtobusların hansı saatlarda fəaliyyət göstərməsi məsələsi və digər məsələlər müzakirə edildikdən sonra ekspress avtobusların istifadəsi ilə əlaqədar qərar verilə bilər.