Xəbərlər
Elman Rüstəmov: Tədiyə balansı proqnozu dəyişib

Azərbaycan Mərkəzi Bankı tədiyə balansı proqnozunu dəyişib.
Bu barədə mayın 1-də Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
“Koronavirus pandemiyası ilə əlaqədar ixrac gəlirləri və idxal azalacaq. Tədiyyə balansında defisit yaranıb ki, bu da ÜDM-in 3 faizi ətrafındadır. Kifayət qədər strateji valyuta ehtiyatları olan ölkə üçün bu təhlükəli səviyyə deyil”, - deyə o bildirib.