YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamilə Əliyeva: Bunu yalnız düşmən edə bilər

"Azərbaycan hakimiyyətinin, xüsusilə, ölkə Prezidenti cənab İlham Əliyevin ölkədə siyasi həmrəylik, siyasi dialoq mühitinin tam bərqərar olması üçün atdığı önəmli addımlar göz önündədir. Hər birimiz bunun canlı şahidləriyik. Elə son bir neçə ay ərzində atılan adddımlar, verilən qərar bunun əyani göstəricisidir. Parlamentin rəhbərliyində ilk dəfə müxalifət  nümayəndəsinin təmsil olunması, komitə sədrləri və komitə sədrlərinin müavinlərinin əksəriyyətinin Milli Məclisdə yer alan digər partiyalarının təmsilçiləri arasından seçilməsi, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdirinin siyasi partiya liderləri ilə görüşlərinin keçirilməsi, iki partiyanın qeydiyyata alınması, nəhayət, bugünlərdə Ali Məhkəmənin iki müxalifət təmsilçisi ilə bağlı qərar qəbul etməsi Azərbaycan iqtidarının, ölkə Rəhbərinin siyasi dialoqda nə qədər səmimi və maraqlı olduğunu bir daha bariz şəkildə nümayiş etdrir. Bütün bunların əsas müəllifi, memarı isə ölkə Prezidenti cənab İlham Əliyevdir".
Bu fikirləri Milli Məclisin deputatı professor Kamilə Əliyeva deyib. 
K.Əliyeva bildirib ki, hələ öən ilin martında Azərbaycan xalqına Novruz təbrikində ölkə Prezidenti digər sahələrlə yanaşı siyasi sahədə və məhkəmə sistemində islahatlarının yeni mərhələsinin anonsunu vermişdi. Və həmin dövrdən keçən bir ildən artıq vaxt ərzində həm siyasi sahədə, həm məhkəmə sistemində həyata keçirilən islahatlar bu gün öz müsbət nəticələrini və töhfələrini verməkdədir. Ən əsası və ən vacibi isə odur ki, bunlar öz könüllü seçimimizdir. Azərbaycan dövləti, ölkə Rəhbəri kimlərinsə təzyiqi və diqtəsi ilə deyil, məhz Azərbaycan xalqının maraq və mənafelərindən çıxış edərək, müstəqil şəkildə bu addımları atır və bundan sonra da atacaq. Kimlərsə buna mane ola bilməyəcək - nə daxildən, nə də kənardan. Hər kəs görüb, görür, görməlidir ki, Azərbaycana təzyiq etməyin mənası, anlamı, faydası və effekti yoxdur. Çünki o güclü, müstəqil, inkişaf, tərəqqi edən bir dövlətdir və onun İlham Əliyev kimi Lideri var.
"Çox təəssüflər olsun ki, ötən əsrin 90-cı illərində ölkəni siyasi və sosial partlayış həddinə gətirib çıxarmış və hakimiyyətdən biabırçılıqla getmiş, son 27 ildə  xalq tərəfindən boykot edilmiş qüvvələr, onların tör-töküntüləri hələ də öz çirkin və xəbis əməllərindən əl çəkmir və belə görünür ki, əl çəkmək niyyətində də deyillər. Çünki müstəqil deyillər, hər zaman çirkli qüvvələr, Azərbaycana qənim kəsilən və ermənilərin təsir dairəsində olan antiAzərbaycan dairələr, mərkəzlər tərəfindən idarə olunur, təlimatlandırılır, onların alətinə, buyruq qullarına çevrilirlər. Bu “qüvvələrə” də fəaliyyəti daim uğursuzluqlarla, fiaskolarla “zəngin” olmuş Əli Kərimli rəhbərlik edir. Onun beş-on nəfərdən ibarət AXCP-si və təsiri altında saxladığı, millikdən uzaq Milli Şurası bütün siyasi əxlaq qaydalarını, siyasi mədəniyyət normalarını bir kənara tullayaraq, ermənipərəst antiAzərbaycan dairələrlə iç-içə, açıq-aşkar işbirliyindədirlər və ölkəmizə, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan hakimiyyətinə qarşı ən rəzil və murdar addımlar atmaqda, dünyaya, beynəlxalq təşkilatlara yalan, böhtan, iftiralarla dolu məlumatlar ötürməkdədirlər. İşləri-gücləri, gecələri-gündüzləri yalnız və yalnız yalan, böhtan, şər-şəbədə “istehsal” etməkdədir. Dünyada və onun bir parçası olan müstəqil Azərbaycanda yaşanan koronavirus pandemiyası dövründə isə Əli Kərimli, onun tərəfdarları, millilikdən uzaq Milli Şurası daha da rəzilləşmiş və ağzınlaşmışlar. Gözlərini yalan, iftira, böhtan, qərəz o qədər örtüb ki, az qala bu bəlanı da iqtidara, hakimiyyətə bağlayalar, Azərbaycan dövlətinin ayağına yazalar. Bundan da böyük xəyanət, murdarlıq, dövlətə və dövlətçiliyə düşmənçilik, rəzillik olarmı? Nə qədər ağlını, şüurunu itirmiş olasan ki, bunları iddia edəsən, yalanlar toxuyasan və onları ictimaiyyətə sırımağa cəhd edəsən? İqtidarın, Azərbaycan dövlətinin dünyanı başına götürmüş bu bəlanın Azərbaycanda geniş yayılmaması üçün görülən misilsiz addımları, dünya tərəfindən etiraf edilən uğurları korluğa, karlığa vurub, ölkənə, dövlətinə, millətinə bu qədər qənim kəsiləsən? Bunun bir adı var,  cənab Prezidentin də dediyi kimi, dövlətə və xalqa qarşı açıq düşmənçilik. Bunu ancaq düşmən edə bilər. Ancaq Əli Kərimlilər nə edirlər-etsinlər, alınmayıb, alınmayır və alınmayacaq, bütün xam xəyalları hər zamankı kimi, puça dönəcək, növbəti acı məğlubiyyəti yaşayacaqlar. Qazanan, udan, zəfərlərdən-zəfərlərə doğru addımlayan isə başda ölkə Prezidenti cənab İlham Əliyev olmaqla Azərbaycan dövləti, Azərbaycan xalqı olacaq!"-deyə, K.Əliyeva vurğulayıb.