YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Həmsədrlərin Ermənistanın mövqeyinə münasibət bildirməsi şərtdir

“Bir neçə gün öncə Ermənistanın xarici işlər nazirinin səsləndirdiyi bəyanat bir daha onların işğalçı mahiyyətini açıq şəkildə ifadə edir. Bəyanatda iddia olunur ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyəcək və bu məsələdə güzəştə getməyəcək. Əslində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun münaqişənin mərhələli yolla həllinə dair açıqlaması və ilkin mərhələdə Azərbaycanın bir neçə rayonunun azad edilməsinə dair fikirləri ATƏT-in Minsk qrupunun tərəflərə təqdim etdiyi sülh planında öz əksini tapır. Yəni, bu yeni məsələ deyil”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Fatma Yıldırım bildirib ki, belə bir halda Ermənistanın xarici işlər nazirinin həmin açıqlaması işğalçı ölkənin sülh danışıqlarında səmimi olmadığını və məqsədinin yalnız münaqişənin həllini uzatmaq olduğu açıq şəkildə görünür. Bu mövqe ən azı Minsk qrupunun həmsədrlərinə və onların sülh təşəbbüsünə açıq hörmətsizliyi və saymazlığıdır. Digər tərəfdən Ermənistan beynəlxalq hüquq normalarını bu bəyanatla bir daha ayaqlar altına alır. Ona görə də Minsk qrupunun həmsədrlərinin Ermənistanın bu mövqeyinə münasibət bildirməsi şərtdir.
“Ermənistanın xarici işlər naziri iddia edir ki, işğal etdikləri torpaqlar guya Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyini təmin edir. Bu yanaşma beynəlxalq qanunlara zidd olmaqla yanaşı, heç bir məntiqə sığmır. "Təhlükəsizlik məqsədi" üçün bir ölkənin ərazisini işğal etmək, həmin ərazidə yaşayan dinc insanları qətlə yetirmək, doğma yurdlarından qovmaq və onların evlərini yandırmaq, məzarlıqları dağıtmaq hansı qanunda yazılıb? Ermənistanın xarici işlər naziri dediklərinin fərqindədirmi?
Məsələ aydındır, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət, dövlətimizin başçısının Ermənistanın işğalçı mahiyyətini bütün dünyada ifşa etməsi təcavüzkarları çıxılmaz duruma düşürüb. Xüsusilə, Valday Beynəlxalq Diskussiya Klubunda və Münxen Təhlükəsizlik Konfransında biz bunun şahidi olduq.
Bütün bunlar onu göstərir ki, Ermənistan artıq çıxılmaz durumdadır və onun rəhbərliyi nə danışdığının fərqində deyil. Bu da işğalçı ölkəni uçuruma sürükləyir.
Bu gün güclü, qüdrətli Azərbaycan dövlətinin qarşısında Ermənistan acizdir. O, hər mənada Azərbaycana uduzur.
Güclü ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad etməyə qadirdir! Amma dövlətimiz sülh məramlıdır və qan tökülməsini istəmir. Bunu Ermənistan rəhbərliyi nə qədər tez anlasa, o qədər yaxşı olar!”-deyə, deputat qeyd edib.