YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Təbii qaz uzun illər bundan sonra da bizim əsas enerji mənbəyimiz olacaq

Təbii qaz uzun illər bundan sonra da bizim əsas enerji mənbəyimiz olacaq.

Bu sözləri Prezident İlham Əliyev Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılış mərasimində deyib.

Azərbaycan Prezidenti vurğulayıb: “Təbii qaz bizim enerji sistemimizin əsas mənbəyidir. Çünki bizim elektrik stansiyalarımızın mütləq əksəriyyəti qazla işləyir. Su elektrik stansiyalarının həcmini artırmaq istəyirik. Alternativ mənbələrdən də istifadə etmək istəyirik. Amma hələlik təbii qaz uzun illər bundan sonra da bizim əsas enerji mənbəyimiz olacaqdır. Ona görə bu gün ölkəmizdə reallaşan böyük qaz layihələri bu məqsədi güdür. “Şahdəniz-2” layihəsinin işə düşməsi və gələn il “Abşeron” yatağından böyük həcmdə təbii qaz hasilatı bizim qaz potensialımızı bundan sonra da təmin edəcək. Çünki ölkəmizdə həm əhalinin sayı artır, həm də sənaye inkişaf edir. Ona görə bu inkişafa adekvat olan enerji mənbəyi olmalıdır. Bu gün müasir texnologiyalar bu sahədə də çox böyük dəyişikliklərə gətirib çıxardı”.