YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar Namazov: Dövlət pandemiyaya qarşı mübarizə işlərini düzgün qurub (VİDEO)

"Koronavirus pandemiyasına qarşı əsas meyarlar tibbi statistikadır. Müqayisə zamanı görünür ki, Azərbaycanda virusa yoluxanların və dünyasını dəyişənlərin sayı digər ölkələrdən azdır. Sağalanların sayı isə virusa yoluxanlardan çoxdur. Bu nisbəti bütün dünya ölkələri arzulayır və ümid edirlər ki, nə vaxtsa onlar da belə statistika əldə edə biləcəklər".

Bu fikirləri Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov "Yeni Tv"-nin efirində deyib.

E.Namazov qeyd edib ki, Azərbaycan pandemiyaya qarşı təcili addımları zamanında atıb: "Dərhal aztəminatlı ailələrə yardımlar edildi. Bir sözlə pandemiyaya qarşı mübarizədə Azərbaycan dövləti tərəfindən bütün gərəkli addımlar atılıb və öz effektini verir. Bu tədbirləri yüksək qiymətləndirirəm".

Mərkəz direktoru vurğulayıb ki, dövlət pandemiyaya qarşı mübarizə işlərini düzgün qurub.