YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsiri ola bilər

«Rusiya-Türkiyə yaxınlaşmasını Azərbaycanın maraqlarına uyğun ola bilər». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Rusiya-Türkiyə yaxınlaşması bölgədə bir sıra məsələləri ortaya qoyur. Onun fikrincə, Rusiya-Türkiyə yaxınlaşmasının Dağlıq Qarabağ probleminin həllinə müsbət təsiri ola bilər.

«Ermənilər Rusiyanın əl altısı olsa da, Türkiyə ilə heç bir münasibətləri yoxdur. Gürcüstanın Türkiyə ilə münasibəti yaxşıdır, ancaq Rusiya ilə heç diplomatik əlaqələri yoxdur. Azərbaycan isə Türkiyə ilə müttəfiq, qardaşdır. Rusiya ilə kifayət qədər partnyorluq və səmərəli əməkdaşlığı var. Ona görə də Azərbaycanın həm Rusiyanın, həm Türkiyənin layihələrində partnyor kimi çıxış etmə imkanı var. Azərbaycan bundan uduzmur, əksinə udur»- deyə, politoloq qeyd edib.