YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: Dövlətin birinci vəzifəsi insanların həyatını xilas etməkdir (VİDEO) #EvdəQal, #BizBirlikdəGüclüyük

"Bu gün Azərbaycanın koronavirusla mübarizədə ən ümdə vəzifəsi insanların sağ qalmasını təmin etməkdir. Çünki insan sağ olmadıqda, nə iqtisadiyyata, nə sahibkarlığa, nə istehsala gərək qalmır. Bütövlükdə dünyada hər şey insan üçündür". Bu fikirləri Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Yeni TV-nin efirində səsləndirib. O bildirib ki, dünya iqtisadçılarının fikrincə, birinci insanları xilas etmək lazımdır: "Məhz insanın üzərində qurulan iqtisadiyyat daha dayanıqlı və sosial iqtisadiyyat olur. Daha sonra iqtisadi və uzunmüddətli sosial tədbirlər həyata keçirmək mümkündür. Azərbaycanda həyata keçirilən tədbirlərin ardıcıllığına baxsaq görərik ki, birinci vəzifə insanları xilas etməkdir. İndiyə qədər görülən işlərin maksimum hədəfi məhz insanları qorumaqdır". T.Mirkişilinin sözlərinə görə, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə iqtisadi və sosial paketin qəbulu onu deməyə əsas verir ki, sonradan iqtisadiyyatın bərpası və sosial həyatın dəstəklənməsi baxımından dövlətin proqramları mövcuddur.

DİGƏR Xəbərlər Arxiv