YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müşfiq Cəfərov: Sonuncu əfv Sərəncamı dövlətimizin humanizm dəyərlərinə sadiqlik nümunəsidir

Bəşəriyyətin koronavirus (COVID-19) infeksiyası kabusu ilə qarşı-qarşıya qaldığı bir vaxtda risk qrupuna daxil olan, yaşı 65-dən yuxarı olan insanların sağlamlığı, təhlükəsizliyi gündəmi zəbt edib.

Bunu Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib. Millət vəkili qeyd edib ki, ta qədimdən Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən biri ağsaqqala, ağbirçəyə hörmət, dərin ehtiram olub. Hər zaman ahıl vətəndaşların hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi, sosial və digər həyati tələbatlarının ödənilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətləri kimi əsas götürülüb. Qlobal pandemiya təhlükəsinin Azərbaycandan yan keçmədiyi vaxtda ən əvvəl koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyacı olan, yaşı 65-dən yuxarı vətəndaşlar xüsusi diqqət və qayğı ilə əhatə olundular.

Hər zaman humanist addımları, qərarları ilə hər bir vətəndaşının yanında olduğunu təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı isə dünyaya nümunə oldu. Belə bir çətin sınaq dövründə müəyyən səbəblər üzündən azadlıqdan məhrum olan 65 yaşdan yuxarı vətəndaşlar ölkə Başçısının diqqətindən, qayğısından kənarda qalmadı. Ölkəmizdə həyata keçirilən insanpərvər siyasətinin növbəti təzahürü olaraq dövlətimizin Başçısı 176 məhkumun əfv olunmasına dair Sərəncam imzaladı. Bu da milli və ümumbəşəri dəyərlərə söykənən dövlət siyasətinin tutduğu mövqeyindən asılı olmayaraq hər bir vətəndaşının sağlamlığını, təhlükəsizliyini qoruduğunun daha bir nümunəsi oldu.

 

DİGƏR Xəbərlər Arxiv