YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: "Sosial ödənişlərə gələn həftədən başlanılacaq"

Komitə sədir bildirib ki, Azərbaycan dünyada koronavirusla mübarizədə öncül yerlərdən birinu tutur. Deputat vurğulayıb ki, koronavirusla mübarizəni daha effekli aparmaq, infeksiyanın törədə biləcəyi iqtisadi, sosial, tibbi və digər ağırlaşma hallarının qarşısını almaq və minuma endirmək məqsədilə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nı təsdiq olunub: "Sərəncam 4 istiqaməti əhatə edir. Tədbirlər Planında əhalinin məşğulluğunun, iş yerlərinin qorunub saxlanılması, özəl sektora dəstək, maliyyə-kredit siyasətinin düzgün aparılması və bu sahədə olacaq problemlərin aradan qaldırılması, eyni zamanda əhalinin, xüsusilə aztəminatlı hissənin sosial müdafiəsinin təmin olunması öz əksini tapıb. Gələn həftədən artıq insanlarımız bunun ilk effektlərini hiss edəcəklər". M.Quliyev qeyd edib ki, özəl sektorda çalışan 700 minə yaxın vətəndaş da orta aylıq əmək haqlarını ala biləcəklər: "Onlar gələn həftədən bu ödənişlərə başlanılacaq. Bu ay ərzində hər kəs bu ödənişləri alacaqlar".