YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Britaniya Azərbaycanın işğal edilmiş ərazilərdə keçirilmiş qondarma “seçkiləri” tanımır

Böyük Britaniya mart ayının 31-də Azərbaycanın işğal edilmiş ərazilərində keçirilmiş qondarma “seçkiləri” tanımır.

Bunu Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma “seçkilər”lə bağlı AZƏRTAC-ın sorğusuna cavabında bildirib.

XİN-in cavabında, həmçinin qeyd edilib ki, Böyük Britaniya ATƏT-in Minsk qrupunun sülh prosesindəki rolunu tam dəstəklədiyini bir daha təsdiqləyir, bu prosesdə Azərbaycanı və Ermənistanı etimadın yaradılması, eləcə də münaqişənin danışıqlar yolu ilə həlli üçün səyləri artırmağa çağırır.

DİGƏR Xəbərlər Arxiv