YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Sabirabad rayonunda Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfərə gəlib. 

Dövlətimizin başçısı əvvəlcə Sabirabad şəhərinin mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi. 
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə meydanda aparılan abadlıq işləri barədə məlumat verdi. Bildirildi ki, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli şərait yaradılıb. Meydanda fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, geniş yaşıllaşdırma işləri görülüb.