YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Qəbul olunmuş qaydaları ciddiyyətlə icra etmək vaxtıdır

Yeni Azərbaycan Partiyası Sədrinin müavını Əli Həsənov özünün facebook səhifəsində koronavirus pandemiyası ilə bağlı paylaşım etmişdir.

Mövzunun aktuallığına rəğmən onu diqqətinizə təqdim edirik:

- Mən hər gün dünya mətbuatından bütün ölkələrdə koronavirusla mübarizə üsulları ilə tanış oluram.
Ölkəmizdə görülən tədbirləri də ilk andan gündəlik izləyirəm.
Feysbuk səhifəmdə əvvəllər bu barədə kiçik bir yazı vermişdim.
Məni tanıyanlar mənim səmimiyyətimə inanırlar. Çünki həmişə sözü düz demişəm.
Ölkə Prezidenti, həmişə olduğu kimi, bu virusla mübarizədə də bütün ölkələri qabaqladı. Sirr deyil ki, əksər ölkələr Azərbaycanın təcrübəsindən istifadə edir, hətta bizə çox vaxt dərs öyrədən ölkələr də.
Ədalət naminə, hökumətimiz və aidiyyəti qurumlar da cənab Prezidentin qəbul etdiyi qərarları və verdiyi tapşırıqları gecə-gündüz layiqincə icra edirlər.
Gəlin indi özümüzə bir sual verək: biz necə, bu qəbul olunmuş qaydalara riayət edirikmi?
Telekanallardan göründüyü kimi, heç də qane edici deyil.
Kütləvi informasiya vasitələri, xüsusən telekanallar müstəqillik dövründə bu qədər fəall və aktiv işləməmişdilər. Bütün qəbul olunmuş qaydalar barədə gecə-gündüz əhalimizə lazımi məlumatları çatdırırlar.
Tibb işçiləri də öz həyatlarına risk edərək, gecə-gündüz fədakarcasına xidmətlərini göstərirlər.
Bu cür görülmüş tədbirlərdən sonra kimsə bu virusa yoluxursa, günahı özündə axtarsın.
Bir məsələyə də toxunmaq istəyirəm. Belə bir vəziyyətdə əgər öz içərimizdən bəzi insanlar tapılırsa ki, yalan şayiələrlə insanlarda qorxu və inamsızlıq yaradır, o insanlara cavab vermək üçün leksikonumuzdakı sözlər kifayət deyildir.
Sonda ölkədə yaradılmış sabitlik, həmrəylik və birlik mütləq bu dəhşətli virusa qalib gələcək.
İndi "mən bu virusa yoluxmayacam"-deyərək öyünmək vaxtı deyil, qəbul olunmuş qaydaları ciddiyyətlə icra etmək vaxtıdır.