YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP koronavirus təhlükəsinə qarşı mübarizədə "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyasını davam etdirir

Hər addımında dövlətin, xalqın maraqlarını üstün tutan, sözlə əməl birliyini, monolitliyini daim qoruyan Yeni Azərbaycan Partiyası dünyanı lərzəyə salan qlobal təhlükəyə qarşı mübarizədə Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri  yaxından dəstəkləməkdə davam edir.

Yeni Azərbaycan Partiyasının fəalları və könüllüləri "Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası çərçivəsində operativ profilaktik və mübarizə tədbirlərinə qoşulub, maarifləndirmə işində fəallıq göstərirlər.

Partiya üzvləri ölkəmizdə infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyan profilaktik tədbirlərə əhalinin də dəstək verməsi, sosial həmrəylik nümayiş etdirmələri üçün bütün imkanlardan istifadə edirlər. Sosial şəbəkələrdə, yaşadıqları ərazilərdə, qohum-tanışlar arasında virusdan qorunmağın yolları barədə tövsiyələr verməklə görülən işlərin daha səmərəli nəticə verməsinə töhfələrini verirlər.

Yeni Azərbaycan Partiyasının fəalları bu nəcib aksiya çərçivəsində aztəminatlı ailələrin üzvlərinə, tənha və kimsəsizlərə tibbi spirt, maska, əlcək və digər tibbi ləvazimatlar paylayırar. Onlar həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırır, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladırlar.

Bütün müasir dünyamızı cənginə alan təhlükədən uzaq olmaq üçün hər kəs ölkə Başçısına koronavirusa qarşı mübarizədə dəstək olmalı, Operativ Qərargahın qoyduğu qaydalara ciddi əməl etməlidir.