YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: İnformasiya təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizliyinin komponentlərindən biridir

“İnformasiya təhlükəsizliyi Azərbaycanın milli təhlükəsizliyinin komponentlərindən biridir”. Bu fikri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik məsələsinin  müzakirəsi zamanı deyib.

H.Babaoğlu bildirib ki, bu gün Azərbaycanın informasiya təhlükəsizliyini təhdid edən əsas mənbə sosial şəbəkələrdir: "Bununla bağlı tez-tez qanunvericiliyə dəyişiklik edirik. Ancaq bizim klassik informasiya məkanımız, radio və televiziya efirimiz var. Düşünürəm ki, növbəti mərhələdə biz bu istiqamətdə də qanunvericilik bazasını təkmilləşdirməliyik. Bu nədən ibarətdir?! Misal üçün, Bakıdan 100 km kənarda radio efir dalğaları pozulur. Bəzən qısa məsafələrdə də bu, belə olur. Biz Bakıdan uzaqlaşan zaman başqa ölkələrin radio dalğlarına qulaq asmalı oluruq. Düşünürəm ki, həm virtual məkanda, həm də klassik efir məkanında bütün münasibətləri tənzimləyəcək və bu təhlükələri aradan qaldıracaq geniş qanunvericilik bazasına ehtiyac var. Ümid edirəm ki, növbəti mərhələdə biz bunun öhdəsindən gələcəyik”.