YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatma Yıldırım: Yeni formalaşmış parlamentin qarşısında yeni, mühüm çağırışlar dayanır

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar  mühüm nəticələr verməkdədir. Məhz bunun nəticəsidir ki, islahatlar cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır”. Bu fikirləri yap.org. az saytına Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

F.Yıldırım bildirib ki, genişmiqyaslı islahatlar bütün sahələri əhatə edir. Belə ki, iqtisadi, sosial, siyasi və dgər sahələrdə aparılan islahatlar Azərbaycanın dinamik inkişafını təmin edir. Millət vəkilinin sözlərinə görə, yeni tərkibdə formalaşmış parlament də qanunvericilik sahəsində islahatların aparılmasına böyük töhfələr verməlidir.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev martın 10-da VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı qeyd etdi ki, islahatların dərinləşməsi parlamentdən yan keçə bilməzdi. Dövlətimizin başçısı tarixi nitqində vurğulayıb: “Hesab edirəm ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Mənim tövsiyəm ondan ibarətdir ki, nəinki kəmiyyətə, daha çox keyfiyyətə fikir verilsin. Çünki mövcud olan qanunların təkmilləşdirilməsinə baxmaq, onları təftiş etmək lazımdır”. Bütövlükdə, yeni tərkibli parlamentin qarşısında yeni, mühüm  çağırışlar dayanır. Ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların qanunvericilik bazası gücləndirliməlidir. Cənab Prezidentin tövsiyələrinə uyğun olaraq, deputatlar, sosial, iqtisadi, siyasi və digər sahələrlə bağlı qanun yaradıcılığı işini daha da gücləndirməlidir”-deyə, o qeyd edib.

F.Yıldırım söyləyib ki, bütövlükdə VI çağırış Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşması, həm parlament rəhbərliyinin, həm də komitə rəhbərliyinin də bu əsasda formalaşması bir daha Azərbaycanın demokratik prinsiplərə sadiqliyini ifadə edir. Xüsusilə, müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə qadının sədr seçilməsi mühüm hadisədir.   
Millət vəkili həmçinin qeyd edib ki, Prezident İlham Əliyev çıxışında  ölkəmizdə həyata keçirilən islahatlar, eləcə də dünyada və regionumuzda baş verən proseslər haqqında fikirlərini bildirdi: “Eyni zamanda, dövlətimizin başçısı Milli Məclisin deputatlarının qarşısında duran vəzifələrlə bağlı dəyərli tövsiyələr verdi. Cənab Prezident qeyd etdi ki, deputatlar səmərəli qanunvericilik fəaliyyəti ilə yanaşı, seçicilərlə də daim ünsiyyətdə olmalı, onların problemlərinin həlli ilə məşğul olmalıdırlar. Dövlətimizin başçısı vətəndaşlara bir daha müraciət edərək ictimai nəzarət məsələsini də gündəmə gətirdi. İcimai nəzarətin gücləndirilməsi ümumi işimizin xeyrinədir. Biz millət vəkilləri olaraq cənab Prezidentin tövsiyələrini öz fəaliyyətimizin başlıca prinsipləri kimi qəbul etməli, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha geniş formada çatdırılması üçün səylərimizi gücləndirməliyik”.

DİGƏR Xəbərlər Arxiv