YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Parlamentin beynəlxalq əlaqələri xarici siyasətimizə öz töhfələrini verir

«Azərbaycan xarici siyasət, diplomatiya sahəsində böyük uğurlar qazanır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət ciddi nəticələr verir. Onun sözlərinə görə, parlamentin beynəlxalq əlaqələri də xarici siyasətimizə öz töhfələrini verir.

«Milli Məclisin nümayəndələri beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də ikitərəfli münasibətlər müstəvisində fəallıq göstərirlər. Bu fəaliyyətdə başlıca olaraq Azərbaycandakı proseslərin dünya ictimaiyyətinə çatdırılması, eləcə də Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsidir. Bu istiqamətdə əldə olunan nəticələr qənaətbəxşdir və parlamentarilər bu yöndə fəaliyyətlərini uğurla davam etdirəcəklər»- deyə, M.Quliyev vurğulayıb.