YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Əliyev: Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə bələdiyyələr yaratmaq mümkün olmayıb

«Hazırda ölkəmiz seçki dövrünü yaşayır. Seçkilər demokratiyanın, insanların öz siyasi iradəsinin göstəricisidir. Bu mənada bələdiyyə seçkiləri böyük əhəmiyyət kəsb edir». Bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycan vətəndaşlarının bir hissəsi müəyyən səbəblərdən bələdiyyə seçkilərində iştirak edə bilmir. Onun sözlərinə görə, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə bələdiyyələr yaratmaq mümkün olmayıb.

«Ona görə də, məcburi köçkünlərimiz bələdiyyə seçkilərində iştirak etməkdən məhrumdur. AŞPA-nın 2005-ci ildə qəbul olunmuş qətnaməsində qeyd olunur ki, Dağlıq Qarabağdakı rejim separatçı rejimdir. Heç bir dövlətdə separatçı rejimin nümayəndələri qəbul olunmamalıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri isə etimaddan tez-tez danışırlar. Amma onlar Dağlıq Qarabağa Ermənistanın ərazisindən səfər edirlər. Halbuki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Əgər həmsədrlər etimad mühiti yaratmaq istəyirlərsə, Azərbaycan tərəfindən öz ərazimiz olan Dağlıq Qarabağa getməlidirlər»- deyə, B.Əliyev qeyd edib.