YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Bölgələrin sosial-iqtisadi inkişafı dövlət başçısının daim diqqətindədir

«Ölkəmizin  regionlarının inkişafı uğurla davam edir». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, hazırda bölgələrdə abadlıq və quruculuq işləri ardıcıl olaraq həyata keçirilir. Onun sözlərinə görə, bölgələrin sosial-iqtisadi inkişafı məsələləri  dövlət başçısının daim diqqətindədir.

«Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfərlər edir və görülən işlərlə şəxsən tanış olur. Dövlət başçısı regionların inkişafı ilə bağlı ardıcıl olaraq qərarlar verir. Ümumilikdə, respublikanın sosial-iqtisadi inkişafı müstəvisində regionlarda ciddi dəyişikliklər baş verib. Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə inkişafı üçün möhkəm zəmin yaradıb və bundan sonra da yaradacaq»-deyə, millət vəkili vurğulayıb.