YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Regionlarda abadlıq və quruculuq işləri yüksək səviyyədə həyata keçirilir

«Azərbaycanda 2004-cü ildən bəri tarixi əhəmiyyət daşıyan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi ölkəmizdə yeni reallıqlar yaradıb». Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov  deyib.

E.Səlimov bildirib ki, hazırda respublikanın hər bir bölgəsi istər abadlığı, istərsə də zəruri infrastruktur təminatı baxımından kifayət qədər yüksək səviyyəsi ilə diqqəti cəlb edir. Prezident İlham Əliyevin bugünlərdə bir sıra bölgələrə səfəri də bu faktı bir daha təsdiqləyir. Onun sözlərinə görə, regionlarda davamlı şəkildə insanların məşğulluğu imkanları artırılır.

«Təbii ki, aqrar sahənin inkişafı da əhalinin məşğulluğunun artırılmasında vacib rol oynayır. Yeni su anbarların və suvarma sistemlərin tikilməsi, yol infrastrukturunun yenidən qurulması, enerji stansiyaların və nəql xətlərin müasirləşməsi, yeni texnikaların alınması və sair icra olunması, regionlarda pambıqçılığın, baramaçılığın, tütünçülüyün və digər sahələrin inkişafına təkan verib. Bu, həm də ölkədə işsizlik probleminin birdəfəlik həll olunması üçün yeni imkanlardır. Xüsusilə pambıqçılığın inkişaf etdirilməsi hər şeydən əvvəl sosial layihədir. Əgər onminlərlə insan pambıqçılıqda məşğul olaraq evinə qazanc apara bilirsə , bu insanların güzəranının yaxşılaşmasına xidmət etmək deməkdir»- deyə, deputat  qeyd edib.

DİGƏR Xəbərlər Arxiv