YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azər Badamov: Regionların sosial-iqtisadi inkişafı qazanılan uğurların sırasında mühüm amildir

“Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətidir. Bu istiqamətdə uğurlu nəticələr əldə olunur». Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, əldə edilən  uğurlar sırasında  regionların sosial-iqtisadi inkişafı da mühüm amildir. Onun sözlərinə görə, ötən dövr ərzində regionlarda icra olunan bir çox sosial layihələr bu gün regionlarda kənd təsərrüfatının və sənayenin inkişafına əlverişli şərait yaradıb.

«Bölgələrdə əlavə torpaq sahələrin dövrüyyəyə buraxılması, peşə məktəblərin genişləndirilməsi və kadrların hazırlanması, yüngül sənayenin inkişaf etdirilməsi və pambığın son məhsulunu ixrac etməyi, yeni bazarlara çıxışının təmin olunması və başqa islahatların aparılması nəzərdə tutulub. Şübhəsiz ki, bütün bu işlərin icrası Azərbaycanın inkişafını sürətləndirəcək, vətəndaşlarımız daha yaxşı yaşayacaq, iqtisadiyyatımız dayanıqlı olacaq»- deyə, deputat qeyd edib.