YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmir Vəlizadə: Fərdi məlumatlar kibertəhlükəsizliyin əsas tərkib hissəsi sayılır

“Fərdi məlumatlar müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Fərdi məlumatlar, həmçinin kibertəhlükəsizliyin əsas tərkib hissəsi sayılır”. Bu fikirləri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

E.Vəlizadə bildirib ki, hazırda fərdi məlumatların mühafizəsinə bir çox ölkələrdə, o cümlədən Avropada ciddi fikir verilir.

“Müvafiq qanunvericilik aktları və konvensiyalar qəbul edilib. Azərbaycan Konstitusiyasının 32-ci maddəsində də fərdi məlumatlarla bağlı müddəalar öz əksini tapıb”-deyə, nazir müavini vurğulayıb.