YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: İnanırıq ki, Prezidentin xəbərdarlığından sonra maska və spirt çatışmazlığına son qoyulacaq

“Ölkəmiz bu gün inkişafının ən qüdrətli dövrünü yaşayır. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, parlaq gələcəəyə hesablanmış uğurlu siyasətin nəticəsi olan sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib”.

Bunu millət vəkili Naqif Həmzəyev deyib. O, bildirib ki, ölkə vətəndaşlarının sağlamlığı, xalqın milli genefondu ilə bağlı strateji sahə olduğundan səhiyyə sahəsi daim dövlət tərəfindən diqqət mərkəzində olub.

“Tibbi kadr potensialının gücləndirilməsi, yeni tibb ocaqlarının yaradılması, mövcud xəstəxanaların əsaslı təmiri və yenidənqurulması, onların dərman preparatları və digər texniki vasitələrlə təminatı məqsədilə zəruri tədbirlər həyata keçirilib. Təkcə son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsinin tikilib və əsaslı təmir olunub əhalinin ixtiyarına verilməsi ölkə səhiyyəsinin dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə daxil olduğundan xəbər verir. Paytaxtla yanaşı bölgələrdə də müasir avadanlıqlarla təchiz edilmiş tibb ocaqları, bacarıqlı tibbi heyət ölkə vətəndaşlarının sağlamlığı keşiyində dayanır.

“Belə gözəl şəraitin yaradılması həkimlərin məsuliyyətini də artırmalıdır. Xəstələrə həm diqqət və qayğı, həm də keyfiyyətli tibbi xidmət göstərilməlidir. Əminəm ki, bu xəstəxananın həkimləri vətəndaşlara keyfiyyətli tibbi xidmət göstərəcəklər” - Prezident İlham Əliyev mart ayının 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışı zamanı orada yaradılan şəraitlə tanış olan zaman söylədiyi bu fikirlər də bir daha onu göstərir ki, bu istiqamətdə məqsədyönlü dövlət siyasəti aparılır və vətəndaşların sağlamlığı hər zaman dövlətin prioritet istiqamətlərindəndir”.

Naqif Həmzəyevin sözlərinə görə, Koronavirusla qlobal miqyasda müzakirə mövzusuna çevrilib.

“Azərbaycanda koronavirusla mübarizədə "lazımi tədbirlərin daha sürətli görülməsi üçün" 10 milyon manat vəsait ayrılıb. Prezident İlham Əliyev Goranboy səfəri çərçivəsində koronavirusun yayılmasının qarşısının alınması çərçivəsində görülən tədbirlərə toxunaraq, gündə bir neçə dəfə ölkə ərazisində monitorinqlərin aparıldığını, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırıldığını diqqətə çatdırıb.

Ölkədə tibbi maska çatışmazlığı məsələsinə toxunan Prezident "buna heç cür izahat tapmağın mümkün olmadığını" da diqqətə çatdırıb. Hansısa möhtəkirlərin bu vəziyyətdən istifadə etməsi, çətin vəziyyətfən faydalanmaq niyyətinə düşmələrinin də yolverilməz hal olduğunu bildirən ölkə başçısı indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ciddi cəza tədbirləri tətbiq edilməsini də vurğulayıb. İnanırıq ki, Prezidentin xəbərdarlığından sonra apteklərdə maska və spirt çatışmazlığına son qoyulacaq.

Prezident İlham Əliyevin qeyd etdiyiyi kimi, narahatlığa heç bir ciddi əsas yoxdur. Məsələ ilə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyi müntəzəm məşğul olur. Koronavirus infeksiyasının Azərbaycanda yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir”.

 

DİGƏR Xəbərlər Arxiv