YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycanda sosial-iqtisadi islahatların uğurla davam etməsi yeni-yeni naliyyətlərlə müşaiyət olunur

«Azərbaycanda sosial-iqtisadi islahatların uğurla davam etməsi yeni-yeni naliyyətlərlə müşaiyət olunur». Bu fikri YAP Siyasi Şurasının üzvü Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar irimiqyaslı tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, son illərin statistikası göstərir ki, ölkədə istehsal olunan ümumi məhsulun quruluşunda qeyri-neft sektorunun payı artmaqdadır.

«Qeyri-neft sektoru inkişaf etdikcə, ümumi daxili məhsulda onun həcmi artır. İqtisadi fəallığı artırmaq məqsədilə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar xüsusi əhəmiyyət kəsb edir. Bu sərəncamlar nəticəsində sənaye və texnologiyalar parkları yaradılır, regionların sürətli inkişafına xidmət edən məqsədli proqramlar həyata keçirilir. Bütün bunlar respublikanın iqtisadi həyatında baş verən ən böyük hadisələrdir. Bilirsiniz ki, Sumqayıt Texnologiyalar Parkı yaradılıb,  Qaradağda gəmiqayırma, Balaxanıda məişət tullantıları zavodu tikilib. Mingəçevirdə, Neftçalada və s. yerlərdə böyük sənaye məhəllələri yaradılıb. Eləcə də, respublikanın digər bölgələrində də müxtəlif müəssislələr yaradılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edir»- deyə, YAP Siyasi Şurasının üzvü vurğulayıb

DİGƏR Xəbərlər Arxiv