YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir

«Azərbaycan hazırda dünyada sürətli inkişaf tempinə malik olan ölkələrdən birinə çevrilib. Buna isə həyata keçirilən iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunu inkişaf etdirmək, iqtisadiyyatı şaxələndirməklə nail olunub». Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənov bildirib ki, Azərbaycanda liberal iqtisadi sistemin qurulması, sahibkarlığın inkişafına geniş şəraitin yaradılması, yerli məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafını təmin edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında qeyri-neft sektorunun inkişafının təmin edilməsi prioritet istiqamət təşkil edir.

«Bu sahənin inkişaf etdirilməsinə göstərilən davamlı dövlət qayğısının nəticəsidir ki, son illərdə ölkənin iqtisadi inkişaf dinamikasında qeyri-neft sektorunun çəkisi getdikcə artır. Son 10 ildə respublikamızda qeyri-neft sektoru 2,6 faiz artıb, cari ilin arxada qalan doqquz ayında isə bu sahədə 6 faiz artım müşahidə edilib. Sevindirici haldır ki, artıq ölkəmizdə istehsal olunan ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi neft sektorunu üstələyərək 55 faizə yüksəlib. Hər il Azərbaycan iqtisadiyyatına böyük həcmdə daxili və xarici investisiyalar yatırılmaqdadır. Əlbəttə ki, bu prosesin davamlı olması, ilk növbədə, ölkədə əlverişli biznes mühitinin mövcudluğunun nəticəsidir. Azərbaycan iqtisadiyyatının bu sahədə yüksələn göstəriciləri nüfuzlu beynəlxalq qurumların hər il hazırladıqları hesabatlarda da əksini tapır»- deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv