YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Genişmiqyaslı təlimlər zamanı real şəraitdə ərazinin kəşfi aparılıb

Azərbaycan Ordusunun genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsinin tələblərinə uyğun olaraq, döyüş tapşırıqlarının dəqiqləşdirilməsi və mövcud döyüş vəziyyətinin qiymətləndirilməsi məqsədilə real şəraitdə ərazinin kəşfi aparılıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimin ssenarisinə əsasən vəzifəli şəxslərin məruzələrini dinləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, təlimdə iştirak edən qoşunların qəbul olunan qərara uyğun tətbiqi üzrə tapşırıqlar aydınlaşdırılıb.