YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Polşa ilə mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir

Azərbaycan Polşa ilə mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək niyyətindədir. Polşa Avropanın böyük dövlətlərindən biri kimi Azərbaycan üçün əhəmiyyətli bir ölkədir.
Azərbaycanın Energetika Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu fikirlər energetika naziri, Azərbaycan-Polşa hökumətlərarası komissiyanın həmsədri, Natiq Əliyevin dekabrın 15-də Polşa baş nazirin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskinin rəhbərliyi etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.
Görüşdə iki ölkə arasında uğurla inkişaf edən münasibətlərin daha da intensivləşdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyi vurğulanıb. Nazirlər ikitərəfli əlaqələrin inkişaf etdirilməsini, xüsusən qeyri-neft sektorunda əməkdaşlığın perspektivləri nəzərdən keçirib, hökumətlərarası iqtisadi komissiyanın işinin daha da sürətləndirilməsinin vacibliyi qeyd ediblər. Azərbaycan ilə Polşa arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub.
Görüşdə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, iqtisadi və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd edilib. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.