YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: İlk növbədə, mənzillərlə sosial vəziyyəti ağır olanlar, çətin şəraitdə yaşayanlar təmin olunacaq

“Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq hazırda Bakıda, Abşeron rayonundakı “Stansiya Sumqayıt” adlanan ərazidə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən sosial mənzillərin tikinti işləri davam etdirilir. İlk növbədə, mənzillərlə sosial vəziyyəti ağır olanlar, çətin şəraitdə yaşayanlar təmin olunacaq”. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

“Çalışacağıq ki, ilin sonunadək işləri başa çatdıraq. Prezident İlham Əliyev 7 mindən artıq ailəyə nəzərdə tutulan qəsəbələrin salınması ilə bağlı göstərişlər verib və hazırda tikinti işləri sürətlə davam etdirilir”, - deyə komitə sədri bildirib.

Rövşən Rzayev qeyd edib ki, bu il əsasən evlər Bakı şəhərində, Abşeron rayonu ərazisində paylanacaq. Bundan başqa, Samuxda daha bir qəsəbənin salınması gözlənilir.