YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Orxan Məmmədov: Mədəniyyət və incəsənət sektorunun Azərbaycan iqtisadiyyatında dəyər yaratma potensialı genişdir

“Mədəniyyət və incəsənət sektorunun Azərbaycan iqtisadiyyatında dəyər yaratma potensialı genişdir. Belə ki, qabaqcıl dünya ölkələrində “Yaradıcı və mədəniyyət sənayeləri”nin ÜDM-də payı 5 faizdən çoxdur. Bu sektorun məşğulluqda da payı kifayət qədərdir”. Bu fikirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

"Azərbaycanda yaradıcı və mədəniyyət sənayeləri üzrə ənənəvi sektorlar var: sənətkarlıq növləri, zəngin musiqi ənənələrimiz, film, rəssamlıq, foto və sair. Bu isə bu sektorun biznesyönümlü, o cümlədən gəlir gətirən və dəyər yaradan sahələr olaraq formalaşması üçün əsas rol oynaya bilər. KOBİA olaraq ölkəmizdə yaradıcı və mədəniyyət sənayeləri üzrə müqayisəli üstün olduğumuz ənənəvi sahələrdə inkişaf potensialının reallaşdırılması və koordinasiyalı tədbirlərin həyata keçirilməsi məqsədilə aidiyyəti dövlət qurumları və özəl sektorun təmsil olunduğu İşçi Qrupun yaradılmasını təklif edirik. Hesab edirik ki, bu format çərçivəsində sahənin gələcək inkişafı ilə bağlı təkliflər toplanılmalı, hədəflər müəyyən edilməli, eləcə də bu hədəflərə çatmaq üçün konkret Yol xəritəsi hazırlanmalıdır", - deyə O.Məmmədov qeyd edib.

Azərbaycanda KOB-un inkişafı və təşviq edilməsi məqsədilə çoxsaylı dövlət dəstək mexanizmlərinin mövcud olduğunu deyən idarə heyətinin sədri bildirib ki, bu mexanizmlər vasitəsilə KOB-lara çoxsaylı güzəştlər və imtiyazlar verilir. Yaradıcı və mədəniyyət sənayeləri sahəsində çalışan KOB subyektlərinin də belə dəstək mexanizmlərindən faydalanması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsini zəruri hesab edirik. Ötən il KOBİA tərəfindən təşkil olunan maarifləndirmə tədbirlərinə 8000-dən çox KOB subyekti cəlb olunub və bu il ərzində də belə tədbirlər davam etdiriləcək.

DİGƏR Xəbərlər Arxiv